BDU və Çexiyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub

BDU və Çexiyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub Universitetin rektoru Elçin Babayev Azərbaycan və Çexiya arasında mövcud ikitərəfli əlaqələrdən bəhs edib. Rektor BDU ilə Çexiya ali məktəbləri arasında ikitərəfli əlaqələrin önəmini diqqətə çatdırıb. Çexiyanın Karlov Universiteti ilə Əməkdaşlıq Protokolu çərçivəsində görülən işlər barəsində məlumat verib. Qeyd edib ki, BDU-da tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və universitetin beynəlxalq rəqabətliliyinin artırılmasına xüsusi diqqət yetirilir.
BDU rəhbərliyinə təşəkkürünü bildirən səfir Milan Ekert təklifləri müsbət dəyərləndirib. Qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, Çexiya ali məktəbləri ilə BDU-nun daha sıx və səmərəli, qarşılıqlı faydalı əlaqələr qurması üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.
Görüşdə tələbə-müəllim mübadiləsi, Çexiyada fəaliyyət göstərən elmi-tədqiqat institutları ilə birgə laboratoriyaların təşkili, BDU-da Çexiya Mərkəzinin yaradılması, müştərək konfrans və simpoziumların keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Tədqiqatların aparılması, təqaüd və təcrübə proqramları, təlim və layihələr, ikili diplomların verilməsi üzrə əməkdaşlıq, perspektivlər müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər