Bakı Dövlət Universitetinin (BDU) Biologiya və Kimya fakültələri və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Narkomaniya - bəşəriyyətin ən böyük düşməni” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə narkotik vasitələrin insan həyatına təsiri, ziyanları, yaratdığı xəstəliklərdən və bəşəriyyətə verdiyi fəsadlardan danışılıb.
Biologiya fakültəsinin dekan müavini Musa Cabbarov çıxış edərək bu kimi maarifləndirici tədbirlərin önəmini vurğulayıb, narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac olduğuna diqqət çəkib.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov narkomaniya, onun dünyada yayılması, narkotik vasitələrin kimyəvi tərkibi, narkomaniya ilə mübarizə haqqında məlumatlar verib.
Biologiya fakültəsinin müəllimi Sevinc Məmmədova isə narkomaniyanın qarşısını almaq, narkotik vasitələrdən və psixotrop maddələrdən, tütün məmulatlarından, spirtli içkilərdən istifadə ilə mübarizə barədə bəhs edib.
Tədbirdə Biologiya fakültəsinin TGT sədri Vüsal Məmmədrəhimov, Kimya fakültəsi TGT sədri Əli Qədirli, Biologiya fakültəsinin tələbələri Vüsalə Zeynallı, Tutu Əliyeva narkomaniyanın yaratdığı xəstəliklər, insan orqanizminə ziyanları haqqında çıxış edib. Kimya fakültəsinin tələbəsi İsa İsayev narkotik vasitələrin kimyəvi tərkibi haqqında məlumatları iştirakçılarla bölüşüb.
Tehsil-press.az