BDU-nun Kimya fakültəsində növbəti elmi seminar

BDU-nun Kimya fakültəsində növbəti elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Spektroskopik və xromatoqrafik metodların kimyada tətbiqi” mövzusunda elmi seminar keçirilib.
Seminarda Kimya fakültəsinin Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri Ələkbər Hüseynzadə və həmin laboratoriyanın kiçik elmi işçisi Mircavid Ağayev nüvə maqnit rezonans spektroskopiyası və xromatoqrafik metodların əsas prinsipləri, onların elmi tədqiqatda və sənayenin müxtəlif sahələrində rolundan bəhs ediblər.
Eyni zamanda, tələbələr onlara verilən tapşırıqlar əsasında, müxtəlif mövzularda məruzə ilə çıxış ediblər. Fakültənin tələbələri “Maye və qaz xromatoqrafiyasının kimyada tətbiqi” mövzusunda apardıqları tədqiqatın nəticələrini təqdim ediblər.
İnteraktiv şəkildə keçirilən elmi seminarda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər