Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının dosenti filologiya elmləri doktoru Lalə Əlizadə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində həmin universitetin nəzdində fəaliyyət göstərən Konfutsi adına Özbəkistan-Çin İnstitutunun təşkilatçılığı ilə keçirilən “Özbəkistan-Çin: tarixi, elmi və iqtisadi münasibətlərin inkişafı” mövzusunda beynəlxalq elmi-praktik konfransın plenar iclasında məruzə edib.
Konfransda azərbaycanlı alimin “Nizami Gəncəvi “Xəmsə”sində Çin və çinlilərin poetik obrazı” mövzusunda məruzəsi maraqla dinlənilib. Lalə Əlizadə konfransın xüsusi sertifikatına layiq görülüb.
Qeyd edək ki, konfransın materialları “İndex Copernicus”, “Google Scholar”, “Researchbib Academic Resuurce Index” kimi yüksək əmsallı və istinad xarakterli beynəlxalq jurnallarda dərc olunacaq.
Tehsil-press.az