UNEC Rus İqtisad Məktəbində su ehtiyatlarından səmərəli istifadəyə dair maarifləndirici tədbir

UNEC Rus İqtisad Məktəbində su ehtiyatlarından səmərəli istifadəyə dair maarifləndirici tədbir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində su ehtiyatlarından səmərəli və qənaətli istifadəyə dair maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının dosenti Adik Məmmədov tələbələrə Azərbaycanın su resurslarından danışıb, içməli su ilə bağlı məsələnin qlobal xarakter daşıdığını söyləyib. O, son dövrlər su ehtiyatları ilə bağlı dövlət tərəfindən məqsədyönlü addımlar atıldığını diqqətə çatdırıb, Qarabağın işğaldan azad edilməsinin ölkəmizin su resurslarına çıxış imkanlarını genişləndirdiyini bildirib.
Tədbirdə tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər