Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) müxtəlif təşkilat və qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirir.
“Prive Steak Gallery”nin struktur rəhbərləri - direktor Fuad Novruzlu, ümumi koordinator Ziyaettin Alamur və insan resursları üzrə aparıcı mütəxəssis Şəhla Miriyeva universitetdə olublar.
Görüşdə ATMU-da beynəlxalq təhsil sisteminə, universitet-sənaye əməkdaşlığına xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Tələbələrdə öyrənmə mədəniyyətinin inkişaf etdirilməsi ilə bərabər, rəqabətədavamlı əmək bazarının tələblərinə cavab verən səriştəlilik amilinin əhəmiyyətli olduğu qeyd edilib.
Ziyaettin Alamur “Prive Steak Gallery”nin fəaliyyəti, həyata keçirilən layihələr, xidmətlər haqqında məlumat verib.
Görüşdə ATMU ilə “Prive Steak Gallery” arasında həyata keçiriləcək əməkdaşlıq əlaqələri çərçivəsində tələbə və məzunlar üçün təcrübə və iş imkanları, təlimlərin təşkili və s. əsas istiqamətlər üzrə razılıq əldə olunub. Görüşdə universitetin rektor müşaviri Elvin Yusifli, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova və şöbənin baş mütəxəssisi Elnurə Əliyeva iştirak ediblər.
Tehsil-press.az