“Gələcəyə ümid” layihəsinin təqdimatı olacaq

“Gələcəyə ümid” layihəsinin təqdimatı olacaq Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Gələcəyə ümid” layihəsinin təqdimat mərasimi keçiriləcək.
Layihənin əsas məqsədi risk qrupuna daxil olan uşaqların təhsili, inkişafı və onların cəmiyyətə inteqrasiyasıdır.
20 nömrəli məktəb-liseydə təşkil ediləcək tədbirdə Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin Azərbaycan nümayəndəliyinin, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin və digər qurumların nümayəndələrinin iştirakı gözlənilir.

Tehsil-press.az



Oxşar xəbərlər