Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” qruplarının IV kurs tələbəsi MirGünay Bayramovanın ideya müəllifi olduğu “Gənclərin innovasiya layihəsi” start götürüb.
Layihənin ilkin mərhələsində ağacəkmə tədbiri keçirilib.
Qeyd edək ki, bu layihə Beynəlxalq Xüsusi Olimpiya Təşkilatı tərəfindən Azərbaycan Xüsusi Olimpiya Komitəsinin iştirakı ilə 52 ölkə tərəfindən təqdim edilən və onların arasından seçilən 79 layihədən biri olub. Layihənin əsas məqsədi dünyada gənclər arasında inklüziv inkişafın dəstəklənməsi, məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası və gələcəyə yönümlü gənc liderlərin yetişdirilməsidir.

UNEC-in Mətbuat Xidməti