Firudin Qurbanov: Dövlət Proqramı çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının icrası nəzərdə tutulub

Firudin Qurbanov: Dövlət Proqramı çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının icrası nəzərdə tutulub "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının icrası nəzərdə tutulub. Artıq 4 beynəlxalq iki diplom proqramının icrasına başlanılıb.
Bunu təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransının açılışında deyib.
O bildirib ki, hədəf ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Tehsil-press.az


Oxşar xəbərlər