A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyasının şagirdləri və məktəbin “Kiçik Akademiya” rəhbəri Bahar Ələkbərova AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.
Kitabxanaya ekskursiya oxucuların qeydiyyatından və kataloqda kitab sifarişindən başlanılıb. MEK-in Biblioqrafiya şöbəsinin əməkdaşı Afət Məmmədova gimnaziyanın şagirdlərinə kitabxana haqqında məlumat verib.
Şagirdlər MEK-in sərgi salonunda ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, həmçinin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən bəhs edən kitablarla və MEK tərəfindən ərsəyə gələn biblioqrafik göstəricilərlə tanış olub, AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereyaya baxıblar.
“Akademiklər zalı” və “Diplomatik fond”la tanışlıq zamanı burada mütəmadi olaraq sərgilənən və dünyanın müxtəlif ölkələrinin nümayəndəlikləri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlər şagirdlərdə xüsusi maraq yaradıb.
Şagirdlər Azərbaycan kitabxana sistemində bir ilk olan Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş şəhidlərimiz haqqında məlumatların, sənədlərin, kitabların, fotoşəkillərin mühafizə edildiyi “Qarabağ müharibəsi qəhrəmanları” fondunda da olublar. Birinci və İkinci Qarabağ müharibələri, Aprel və Tovuz döyüşləri zamanı həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan guşələrlə tanış olub, şəhid, qazi və müharibə iştirakçılarının həyat və döyüş yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiyaya baxıblar.
Gimnaziyanın şagirdi Zeynəb Ələkbərli Qarabağ mövzusunda rəsm əsərini fonda hədiyyə edib.
Sonda Mərkəzi Elmi Kitabxana adından ekskursiya iştirakçılarına elmi mövzularda kitablar hədiyyə olunub.
Tehsil-press.az