Fevralın 14-də Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü, AMEA Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə mütaliəni təbliğ etmək üçün “Beynəlxalq Kitab Bağışlama” Günü münasibətilə birgə aksiya keçirilib.
14 fevral tarixi xarici ölkələrdə 2012-ci ildən etibarən, uşaqlara kitab bağışlayan və onları oxumağa həvəsləndirən insanları birləşdirən “Beynəlxalq Kitab Bağışlama” Günü kimi qeyd olunur. Bu tarix, xüsusilə də, kitab oxumaq imkanı müəyyən səbəblərdən məhdud olan uşaqlara kitab hədiyyə etmək üçün əlamətdar gün kimi təqvimə daxil olub.
Günün keçirilməsində əsas məqsəd gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirməkdən ibarət olub.
RUGİM-in dərnək üzvləri arasında kitab hədiyyə etmə aksiyası təşkil edilib, hər bir dərnək üzvü öz sevimli kitabını hədiyyə edib və bir günlük aksiyanın sonunda 900 ədəd kitab toplanıb. Toplanmış kitablar Bakı şəhərində yerləşən 1 nömrəli uşaq evinə, Xəzər rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Qala qəsəbə filialına, valideynləri tərəfindən tərk edilən uşaqlar üçün sığınacağa, Sabunçu rayonu Yeni Azərbaycan Partiyasının dəstəyi ilə 1 nömrəli tam orta internat məktəbinə, 10 nömrəli sanatoriya tipli internat məktəbinə və 11 nömrəli xüsusi internat məktəbinə bağışlanıb.
“Beynəlxalq Kitab Bağışlama” Gününün ikinci hissəsi Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və AMEA Mərkəzi Elmi Kitabxanasıilə birgə Mərkəzi Elmi Kitabxanada keçirilib. Mərkəzin üzvləri kitabxananın tarixi, mühafizə olunan fondlar, kitabxanada göstərilən xidmətlər, AMEA təsisçiləri haqqında məlumat, oxu zalları, kitab axtarışı və sifarişi prosesləri, kitabxanada mühafizə olunan uşaq ədəbiyyatı ilə tanış olub.
Tədbiri giriş sözü ilə açan RUGİM-in direktoru Firuzə Sultan-zadə çıxış edərək mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabların rolundan danışıb. O qeyd edib ki, bu gün bütün dünyada milyonlarla kitab sevərlər bir-birini kitab hədiyyə etməklə təbrik edir və kitab hədiyyə edən kəslər heçvaxt unudulmur. “Beynəlxalq Kitab Bağışlama Günü” uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.
Tədbirin sonunda uşaq və yeniyetmələr arasında mütaliənin təbliği məqsədilə iştirakçılara MEK tərəfindən Azərbaycan və dünya müasir, klassik ədəbiyyatı nümunələri hədiyyə edilib. MEK rəhbərliyi kitabxana tərəfindən oxu mədəniyyətini təbliğ edən “Açıq kitabxana” layihəsi, kitab hədiyyə aksiyası, MEK oxucularının dəyərləndirilməsi layihələri barədə məlumat verərək əlavə edib ki, 18 yaşına çatmış bütün vətəndaşlar qeydiyyatdan keçərək MEK oxucusu ola bilərlər.

Hikmət Əliyev