AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) fevral ayı ərzində hədiyyə yolu ilə 121 kitab, 57 jurnal, pulsuz məcburi nüsxə olaraq 78 kitab, 62 jurnal, 3 avtoreferat və 2 elektron vəsait əldə edib.
Bu faktlar MEK-ə fevral ayı ərzində daxil olan sənədlərin təqdimatına həsr olunmuş tədbirdə səsləndirilib.
Kitabxananın direktoru Leyla İmanova tədbir iştirakçılarına Milli Rəqəmsal Yaddaş bazası haqqında məlumat verib. Qeyd olunub ki, kitabxananın nəzdindəki bu bazanın məqsədi Azərbaycanın qədim mədəniyyəti və tarixi barədə ölkəmizdə və xaricdə mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək və tədqiqatçıların istifadəsinə verməkdir.
“Nadir Şah”, “Tamerlan”, "Şah arvadı və Cadugər" kimi tarixi romanlarını MEK-ə hədiyyə edən “Olaylar” qəzetinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuz bu səpkidə keçirilən tədbirlərin gənclərdə oxu mədəniyyətinin, fəlsəfi fikirlərin formalaşmasında müsbət rol oynayacağını bildirib.
Azərbaycan Dillər Universitetinin regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva MEK-ə təqdim etdiyi “Norveç etnoqrafiyası” kitabı haqqında məlumat verib, Tur Heyerdalın Azərbaycana səfəri, bunun tarixi və nəzəri cəhətdən dəyərini, iki ölkə arasında yaxşı münasibətlərin qurulmasında vacib rolunu qeyd edib.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı İsmayıl Umudlu MEK-də insanların nəsil bağlılığını əks etdirən məlumat, sənəd və faktlardan ibarət fond yaradılmasını təklifini irəli sürüb.

Kəmalə Rəhimli