Təhsil İnstitutunun təşkilatçılığı, ADA Universitetinin və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Təhsil Nazirliyinin dəstəyi ilə “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransı işinə başlayıb.
Konfransın açılış sessiyasında çıxış edən təhsil naziri Emin Əmrullayev distant təhsilin tətbiqi zamanı ortaya çıxan müəyyən məsələlər və çətinliklərdən danışıb. Bildirilib ki, Azərbaycanda bu problemlərin dərhal həll olunması və operativ şəkildə distant təhsilə keçidin təşkil edilməsi istiqamətində bir sıra uğurlu işlər görülüb. Pandemiya zamanı təhsilin keyfiyyətinin qiymətləndirilməsi və keyfiyyətə nəzarət parametrlərinin müəyyən olunması, məktəbəqədər yaşlı uşaqların təhsilə cəlb edilməsi, onların sosial-emosional inkişafının təmin olunması və təhsilin təşkili baxımından qarşıda duran hədəflərin reallaşdırılması olduqca böyük əhəmiyyət kəsb edir.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov çıxışında pandemiya dövrünün gətirdiyi ən mühüm dəyişikliklərdən birinin təhsil sisteminə aid olduğunu qeyd edib. O, ənənəvi təhsildən distant təhsilə keçid, müəyyən dövrlərdə isə hibrid təhsilin təşkili barədə danışıb. Qeyd edib ki, daha öncə şagirdin öyrənməsi üçün məzmun, müəllim və qiymətləndirmə komponentlərindən danışırdıqsa, artıq 4-cü komponent olan texnologiya da bu siyahıya əlavə olunub. Bu komponentin əlavə olunması özü ilə proseslərə yeni tərəfdaşların cəlb edilməsini də zəruri edib.
ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal çıxışında təhsil sahəsində böyük bir tarixi dəyişiklik yaşandığını qeyd edərək “4-cü Sənaye İnqilabı dövründə təhsil” modelinin formalaşdığını vurğulayıb. Distant təhsilə keçidlə bağlı əldə edilən nailiyyətlər və çağırışlardan bəhs edən V.Kazdal bu təhsil metodunun təhsildə keyfiyyətin, səmərəliliyin artırılması üçün effektiv vasitə olduğunu bildirib.
“T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov isə ölkəmizdə pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən distant təhsil layihələrinin, elektron platformaların, distant dərslərin uğurlu icrasından danışıb.
350-dən çox iştirakçının qatıldığı konfrans gün ərzində panel müzakirələri ilə davam edəcək.
Tehsil-press.az