Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilib

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilib Azərbaycan Texniki Universitetində (AzTU) məzunu, şəhid, Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilib.
Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman klubunun təşkilatçılığı ilə keçirilən yarışa universitetin 66 tələbəsi qatılıb.
Yarışın gedişini AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin prorektorları izləyiblər. İlk üç yerin qalibi medal və diplomla təltif olunub.

Tehsil-press.az


Oxşar xəbərlər