İllik sosial təminat xərcləri 2018-2021-ci illərdə 60% artıb - Nazir

İllik sosial təminat xərcləri 2018-2021-ci illərdə 60% artıb - Nazir 2018-2021-ci illərdə sosial təminat növləri üzrə illik xərclər 2,4 mlrd. manat və ya 60% artaraq 6,4 mlrd. manata çatıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mediaya müsahibəsində bildirib.
Nazir həmin müddətdə mühüm sosial islahatların reallaşdırıldığını, pensiya, müavinət, təqaüd və ünvanlı yardımlarda ciddi artımlar edildiyini diqqətə çatdırıb.
Qeyd edib ki, aparılan islahatlar sosial təminatla əhatə olunanların sayının artması ilə də nəticələnir. “Sosial təminat növləri üzrə ödəniş alanların sayı 2018-2021-ci illərdə 160 min nəfər artaraq 2,56 milyona çatıb”.

Tehsil-press.az



Oxşar xəbərlər