“Soyuq günəş” filminin qəhrəmanları BDU-da

“Soyuq günəş” filminin qəhrəmanları BDU-da Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət-yaradıcılıq mərkəzinin təşkilatçılığı ilə “Soyuq günəş” filminin baş rollarını oynayan İranə Kərimova və Mirsənan Kazımov ilə tələbələrin görüşü keçirilib.
Görüşdə mərkəzin rejissoru Vahid Orucoğlu “Soyuq günəş” bədii filminin ləzgi xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini əks etdirdiyini diqqətə çatdırıb.
Bildirilib ki, müharibə problemləri və məhəbbət mövzusunda lentə alınmış filmdə Yarmət və Yarqunatın sevgi hekayəsindən bəhs olunur. Film qısa zamanda tamaşaçılar tərəfindən sevilib.
Görüşdə İranə Kərimova və Mirsənan Kazımov filmin çəkilişlərindən danışıb, tələbələrin suallarını cavablandırıblar.
Ssenari müəllifi Sədaqət Kərimova, quruluşçu rejissoru Elşən Zeynallı olan filmin çəkilişləri Qusar rayonunun Həzrə kəndində və Türkiyədə aparılıb. Filmin quruluşçu operatoru Elxan Rüstəmov, rejissoru Məlahət Əhməd, bəstəkarı Sədaqət Kərimova, səs rejissoru Teymur Kərimovdur.

Tehsil-press.az


Oxşar xəbərlər