Dekabrın 10-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin həmsədrliyi ilə "3+3" Məşvərətçi Regional Platformasının birinci iclası keçirilib.
İclasda Türkiyə və İran Xarici İşlər Nazirliyinin təmsilçiləri də iştirak ediblər. Gürcüstanın isə dəvət olunmuş nümayəndələri iclasda iştirakdan imtina ediblər.
Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri daxildir.
Beş ölkənin nümayəndələri Gürcüstanın da platformanın işinə qoşulmasında maraqlı olduqlarını bildiriblər.
Aidiyyəti nazirlik və idarələrin mümkün iştirakı ilə gələcək addımlar və gələcək üçün iş planları müzakirə edilib.
Tehsil-press.az