Xəzər Universitetində Beynəlxalq Nizami Gəncəvi Konfransı keçirilib

Xəzər Universitetində Beynəlxalq Nizami Gəncəvi Konfransı keçirilib Xəzər Universitetində Beynəlxalq Nizami Gəncəvi Konfransı keçirilib.
Konfransda Misir, Banqladeş, Əfqanıstan, Seneqal, Rusiya, Gürcüstan, İran və digər ölkələrdən Nizami irsinin tədqiqatçıları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı böyük söz ustadının əsərlərində təcəssüm olunmuş elmi-fəlsəfi, tarixi-coğrafi, bədii-estetik məqamlara diqqət çəkib, dünya nizamişünaslığında həllini gözləyən problemlərdən danışıb.
Plenar iclasda İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan, Misirin Ayn-Şəms Universitetinin professoru Şirinxanım A.Hasan, Türkiyədən professor Mustafa İsen, Əfqanıstandan Firuz Fevzi və digər çıxış edənlər Nizami Gəncəvi irsi və yaradıcılığından söz açıblar.
Beynəlxalq konfrans işini bölmə iclaslarında davam etdirib.

Tehsil-press.az



Oxşar xəbərlər