Polimer Materialları İnstitutunda antikorrupsiya mövzusunda maarifləndirici seminar keçirilib

Polimer Materialları İnstitutunda antikorrupsiya mövzusunda maarifləndirici seminar keçirilib 25 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda “Elmi-tədqiqat sahəsində korrupsiyaya qarşı mübarizə: antikorrupsiya qaydaları və davranış modelləri” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarda institutun elmi katibi kimya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Arzumanovanın “Elmi-tədqiqat sahəsində korrupsiyaya qarşı mübarizə: antikorrupsiya qaydaları və davranış modelləri” mövzusunda məruzəsi dinlənilib. O, çıxışında elmi-tədqiqat fəaliyyətində korrupsiyanın əsas formaları, antikorrupsiya davranış standartları və müasir elmi institutlarda tətbiq edilən qabaqcıl idarəetmə modelləri barədə ətraflı məlumat təqdim edib, həmçinin elmi mühitdə şəffaflığın təmin olunması, tədqiqat prosesində etika normalarının qorunması və korrupsiya risklərinin minimuma endirilməsinin vacibliyini vurğulayıb. Çıxış zamanı qrant və layihə vəsaitlərinin düzgün idarə olunması, rəyçilik və ekspertiza proseslərində obyektivliyin təmin olunması, plagiat və elmi saxtakarlığa qarşı sıfır tolerantlıq kimi məsələlər xüsusi olaraq diqqətə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, elmi-tədqiqat mühitində etik davranışın gücləndirilməsi, daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və gənc tədqiqatçıların maarifləndirilməsi, antikorrupsiya mədəniyyətinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər