Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi şuranın 2020/2021-ci tədris ili üzrə iclası keçirilib.
İclasda ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulunun nəticələri haqqında hesabat dinlənilib.
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin katibi Sevda Hüseynovanın təqdim etdiyi hesabatda bildirilib ki, UNEC-ə qəbul planı 96,4 faiz yerinə yetirilib. Magistratura pilləsində qəbul sayı və ballar artıb. Qəbul planı MBA proqramında, eləcə də iqtisadiyyat və idarəetmə ixtisasları üzrə 99 faiz, texniki və texnoloji ixtisaslar üzrə isə 100 faiz dolub. UNEC-də yeni açılan “SABAH” magistraturasında kommersiya ixtisası üzrə qəbul planı da 93 faiz yerinə yetirilib.
Universitetin rektoru professor Ədalət Muradov Təhsil Nazirliyinin strukturuna daxil olan ali təhsil müəssisələri arasında qəbul nəticəsinə görə bu il UNEC-in birinci yerdə olduğunu diqqətə çatdırıb. Bildirib ki, qəbul planında ödənişli və dövlət sifarişli yerlərin sayında müsbət dəyişiklik olub, dövlət sifarişli yerlərin sayı 70 faizə qədər yüksəlib. Hazırda UNEC-də 344 əcnəbi tələbə təhsil alır. Onların sayının artırılması istiqamətində işlər davam etdirilir. Bu ildən qida mühəndisliyi ixtisası üzrə UNEC “SABAH” qrupları yaradılıb. Texniki və texnoloji ixtisaslar üzrə onların sayı artırılacaq, eləcə də bu ixtisaslar üzrə Türkiyənin aparıcı universitetləri ilə ikili diplom proqramları reallaşdırılacaq.
Sonra UNEC İmtahan Mərkəzinin direktoru dosent Söhrab İsayev 2021/2022-ci tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat verib. O bildirib ki, imtahanların yanvarın 5-dən başlanması və fevralın 2-də yekunlaşdırılması planlaşdırılır. Bakalavriat səviyyəsində qabiliyyət tələb edən fənlər istisna olmaqla, digər fənlər üzrə imtahanlar test üsulu ilə olacaq. İmtahanlarda tələbələrə 50 sualı cavablandırmaq üçün riyazi fənlər üzrə 80 dəqiqə, xarici dildə işgüzar və akademik kommunikasiya fənləri üzrə 100 dəqiqə (qiyabidə 60 dəqiqə), qalan fənlər üzrə isə 60 dəqiqə vaxt veriləcək. Test sualları tələbələrə təqdim edilən fənlərin siyahısı gələn həftə ərzində şəxsi kabinetlərə göndəriləcək. Magistratura səviyyəsində isə bütün fənlər üzrə imtahanlar yazılı keçiriləcək.
İnzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov 1919-1920-ci illərdə Azərbaycanda ilk konsul olmuş diplomat və yazıçı Vintsas Krevenin xatirəsinin əbədiləşdirilməsi məqsədilə UNEC-də litvalı diplomatın adına auditoriya yaradılması və barelyefinin qurulması barədə Litvanın ölkəmizdəki səfirliyi tərəfindən müraciət olunduğunu bildirib. Qeyd edilib ki, litvalı diplomat həmin dövrdə Bakı Realnı məktəbində (indiki İqtisad Universiteti) müəllim kimi də fəaliyyət göstərib.
Auditoriyanın yaradılması barədə təklif Elmi şurada təsdiqlənib.
Dərbənd filialında əcnəbi tələbələrin illik təhsil haqqında dəyişiklik olunması da şurada müzakirəyə çıxarılıb. Filialın direktoru Kurban Kurbanov bildirib ki, Rusiya Federasiyasının “Təhsil haqqında” Qanununda edilən dəyişikliyi nəzərə alaraq, Dərbənd filialında əyani-qiyabi təhsil alan əcnəbi tələbələrin təhsil haqqının müəyyənləşdirilməsi zərurəti yaranıb.
Müzakirələrdə əyani-qiyabi təhsil alan əcnəbilər üçün təhsil haqqının 1100 ABŞ dolları olması müəyyənləşdirilib.
Sonra rektor UNEC-də əməkhaqqının bütövlükdə 14 faiz artırılmasını təklif edib. Professor-müəllim heyətinin əməkhaqqının 15,1 faiz, inzibati heyətin əməkhaqının isə 12 faiz artırılacağını deyib.
Elmi şuranın iclası cari məsələlərin müzakirəsi ilə davam edib. Qəbul edilən qərara əsasən, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi yaradılıb, dissertasiyalara nəzarət məqsədilə antiplagiat proqramının təkmilləşdirilmiş yeni qaydaları təsdiqlənib.
Tehsil-press.az