Dekabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan, institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Bütün ömrünü Azərbaycan xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ümummilli Liderimiz öz əməli, fəaliyyəti, dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri ilə əsl dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən əsl vətəndaş olduğunu sübuta yetirib.
Akademik qeyd edib ki, ümummilli lider Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb proseslərin içərisindən uğurla çıxararaq parçalanmaqdan qorudu, müstəqil respublikamıza həm bölgədə, həm də dünyada layiqli yer və böyük nüfuz qazandırdı. Ölkəmizdə qazanılan bütün nailiyyətlər Heydər Əliyev siyasətinin bəhrəsidir. Azərbaycan Ümummilli Liderin ideyalarının işığında sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan bu gün yeni-yeni uğurlara imza atır.
Digər çıxış edənlər də Ulu Öndərin elm və incəsənət xadimlərinə qayğısından danışıblar.
Tehsil-press.az