“Dərs evi” tədris mərkəzinin abituriyentləri UNEC-lə tanış olublar

“Dərs evi” tədris mərkəzinin abituriyentləri UNEC-lə tanış olublar “Dərs evi” tədris mərkəzinin abituriyentləri “UNEC-də bir gün” layihəsində iştirak ediblər.
Tədris mərkəzinin I və V ixtisas qrupuna hazırlaşan və xüsusi istedadı ilə seçilən abituriyentləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) texniki və texnoloji ixtisaslarının tədris olunduğu 3 saylı binasında olublar.
Abituriyentlərə tədris olunan ixtisaslar barədə məlumat verilib.
Xarici universitetlərlə ikili diplom, eləcə də UDİD, minor və beynəlxalq mübadilə proqramları, UNEC-in xüsusi təqaüdü və digər üstünlükləri abituriyentlərin xüsusi marağına səbəb olub.
Sonra abituriyentlər üçün infotur təşkil edilib. Onlar müasir texniki avadanlıqla təchiz olunmuş auditoriyalar, kitabxana, akt və idman zalları, tələbə yeməkxanası, eləcə də universitetin digər inzibati və tədris məkanları ilə tanış olublar.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi feysbuk səhifəsi ilə əlaqə saxlaya bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər