Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimai Nəzarət Şurasının üzvlərinin yeni tədris ilində ilk iclası keçirilib.
Universitetin 3 saylı yeni tədris binasında keçirilən görüşdə rektor, professor Ədalət Muradov 2020/2021-ci tədris ilinə hazırlığın vəziyyəti, tətbiq olunacaq yeniliklər, yeni açılan ixtisaslar barədə şura üzvlərinə məlumat verib. Bildirilib ki, UNEC-də texniki və texnoloji ixtisaslar üzrə müasir çağırışlara cavab verən 9 yeni ixtisas, II qrupda isə beynəlxalq ticarət və logistika ixtisası açılıb. Bu ildən UNEC-də ilk dəfə III qrup üzrə sosial iş ixtisasına da qəbul aparılıb.
UNEC-də ilk dəfə olaraq həm ənənəvi, həm də distant tədrisin aparılacağı bildirilib. Hər iki tədris prosesinin keyfiyyətli təşkilinin təmin olunması üçün müvafiq infrastrukturun yaradıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, distant tədris sahəsində müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə müəllimlərə ABŞ-ın aparıcı universitetlərində fəaliyyət göstərən azərbaycanlı alimlərin iştirakı ilə 5 günlük sertifikatlı onlayn təlimlər keçirilib. Böyük maraqla qarşılanan təlimlərdə ölkənin bütün ali təhsil müəssisələrinin müəllimlərinin iştirak etdiyi vurğulanıb.
UNEC-də xarici dilin tədrisində də yeni yanaşmaların tətbiq olunacağı barədə şura üzvlərinə məlumat verilib. Xarici dilin distant tədrisinin təkmilləşdirilməsi məqsədilə ABŞ professorlarının iştirakı ilə xarici dili tədris edən müəllimlər üçün beynəlxalq konfransın təşkil olunduğu deyilib.
Sonra şura üzvləri UNEC-in yeni kampusu ilə tanış olublar. Bildirilib ki, kampusda 16 yeni laboratoriya yaradılıb. Bunlardan 3-ü BP şirkəti tərəfindən texniki avadanlıqla təchiz olunub. İkimərtəbəli kitabxanaya baxış zamanı 4 dildə 15 minədək kitab fondunun, eləcə də 3 dildə 1 milyonadək elektron resursun tələbə və müəllimlərin istifadəsinə veriləcəyi bildirilib. Şura üzvləri auditoriyalar, konfrans zalları, müəllim və tələbələr üçün nəzərdə tutulan müzakirə otaqları, imtahan, idman zalı və yeməkxana ilə tanış olublar. Bildirilib ki, universitetdə əlil tələbələrin rahat şəkildə təhsil ala bilməsi üçün inklüziv təhsil mühiti də yaradılıb.
UNEC-in yeni tədris ilinə hazırlıq səviyyəsini və yeni kampusda yaradılan şəraiti yüksək qiymətləndirən şura üzvləri bunun ölkə ali təhsili üçün böyük töhfə olduğunu diqqətə çatdırıblar.
Sonda Milli Məclisin deputatı Etibar Əliyev, professor Şahlar Əsgərov, Əliməmməd Nuriyev UNEC-in kitabxana fonduna kitablar hədiyyə ediblər.
Tehsil-press.az