UFAZ animasiya filmləri sərgisinə ev sahibliyi edir

UFAZ animasiya filmləri sərgisinə ev sahibliyi edir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) “Editions de la Marinière & Arte Editions” nəşriyyatının tərtibatında “Animasiya filmləri: la French Touch” sərgisinə ev sahibliyi edir.
Sərgi Fransada animasiya filminin tarixini, 20-ci əsrin əvvəllərində bu sahənin ilk təmsilçilərini, müasir dövrün yaradıcı adamlarını və dahi aktyorlarını, onların yaradıcılıq üslublarını fotoşəkillər vasitəsilə təqdim edir.
Fransız animasiya filmləri çəkiliş miqyasına görə hazırda dünyada 3-cü, yayımlanmasına görə isə Avropada 1-ci yeri tutur.

Tehsil-press.az


Oxşar xəbərlər