Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”da məqalələrin yaradılması” mövzusunda təlimlər davam edir.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbə və magistrləri “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak ediblər.
Tələbələr məqalələrin yaradılması və redaktə olunması barədə məlumatlandırılıb. Onlara, həmçinin “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalələrin adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verilib. Gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilib.
Təlimləri başa vuran tələbə və magistrlərə “Vikipediya”da yaratdıqları məqalələrə görə MEK-in rəhbərliyi tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim edilib.
MEK-in direktor müavini Elnur Eltürk bildirib ki, Bakı Dövlət Universitetinin tələbələri vikitəlimlərdə fəal iştirak ediblər.
Ölkədə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini göstərir. Təlimlərin nəticəsi olaraq, son illər “Vikipediya”nın Azərbaycan bölməsində məqalələr yenilənir və etibarlı mənbələrlə zənginləşir. BDU-nun tələbələri “Vikipediya”da filologiya sahəsində onlarca məqalə yaradaraq bu işə öz töhfələrini verirlər. Təlimlərdə iştirak edən könüllülər “Vikipediya”da ədəbiyyat və filologiya mövzusunda məqalələrin yaradılması, redaktəsi və boşluqların aradan qaldırılması ilə bağlı fəaliyyət göstərəcəklər.
Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşı Gülnar Axundova bildirib ki, ilkin mərhələdə təlimlərə fakültədən 5 tələbə nəzərdə tutulsa da, sonra könüllülərin sayı artaraq 10 nəfər oldu. Tələbə və magistrlər iki qrupa bölünərək təlimlərdə iştirak etməyə başladılar. Ümid edirik ki, tələbələrimiz tez bir zamanda “Vikipediya”da filologiya sahəsində boşluqların aradan qaldırılmasına öz töhfələrini verəcəklər.
Tehsil-press.az