AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Eksperimental fonetik araşdırmalar laboratoriyasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qaziyeva Türkiyənin Üsküdar Universitetinin Dil və nitq terapiyası bölməsinin rəhbəri professor Ahmet Konrotun dəvəti ilə həmin müəssisədə elmi ezamiyyətdə olub.
Nəzakət Qaziyeva Üsküdar Universitetində olduğu zaman əvvəldən nəzərdə tutulduğu kimi, Dilçilik İnstitutu ilə Üsküdar Universiteti arasında əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb. Həmçinin Ahmet Konrotla müştərək şəkildə işlənəcək layihələr, eləcə də Üsküdar Universitetindəki Fonetika laboratoriyası ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Nəzakət Qaziyeva daha sonra Üsküdar Universitetindəki Fonetika laboratoriyasının texniki təchizatı ilə tanış olub.
Üsküdar Universitetinin rektor müavini professor Sevil Atasoyla görüşdə isə strateji əhəmiyyət daşıyan tədqiqat istiqamətləri, kriminalistik fonoskopiyanın inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycanlı alim Ümraniyə Təhsil və Araşdırma Xəstəxanasının Odyoloji və Nitq Pozğunluğu Mərkəzində də olub, burada professor Mehmet Akif Kılıçla əməkdaşlıqla bağlı müzakirələr aparıb.
Tehsil-press.az