Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” (ABAİ) İctimai Birliyinin sədri Qənirə Paşayeva və Türkiyənin Üsküdar Universitetinin nəzdində fəaliyyət göstərən Təsəvvüf Araşdırmaları İnstitutunun rəhbəri, yazıçı Camalnur Sarqut Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.
Rektor Ceyhun Məmmədov qonaqlara ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında məlumat verib.
Aİİ-nin rəhbəri ölkəmizdə tarixən mövcud olan milli-mənəvi mühitin qorunub saxlanıldığını, dini təhsil sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradıldığını diqqətə çatdırıb.
Ceyhun Məmmədov ali təhsil ocağının fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi önəm verdiklərini, Türkiyə, Rusiya, Malayziya və İndoneziyanın bir sıra universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib.
ABAİ İctimai Birliyinin sədri, deputat Qənirə Paşayeva bildirib ki, Aİİ-nin yaradılması ölkəmiz üçün əhəmiyyətli hadisədir. Qənirə Paşayeva institutun ölkəmizdə dini kadrların formalaşdırılmasında mühüm rolu olacaq ali təhsil müəssisəsi kimi nüfuz qazanacağına ümidvar olduğunu bildirib.
Təsəvvüf araşdırmaçısı, yazıçı Camalnur Sarqut Azərbaycanda belə bir ali təhsil müəssisəsinin fəaliyyətə başlamasını, Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirib. Təhsil müəssisəsində İslamla yanaşı, digər dinlərin, dünyəvi elmlərin də tədris edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Görüşdə Aİİ və Üsküdar Universitetinin nəzdində fəaliyyət göstərən Təsəvvüf Araşdırmaları İnstitutu arasında elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq, maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma, birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması, tələbə, müəllim mübadiləsi barədə müzakirələr aparılıb.

Aİİ-nin Mətbuat Xidməti