İKT sahəsində təlimlərə cəlb olunmuş şəxslərə sertifikatlar təqdim edilib

İKT sahəsində təlimlərə cəlb olunmuş şəxslərə sertifikatlar təqdim edilib Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə əməkdaşlıq çərçivəsində avqust ayından etibarən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində təlimlərə cəlb olunmuş şəxslərə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Təhsil nazirinin müşaviri Elnur Nəsibov və ASC-nin sədrinin müşaviri Əsəd Şirinovun iştirak etdiyi tədbirdə çıxış edənlər tərəflər arasında İKT sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib və bu əlaqələrin digər sahələr üzrə gələcəkdə də genişləndirilməsinin vacibliyini vurğulayıblar. Təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin ixtisaslı metodistləri tərəfindən həyata keçirilib. Proqrama Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 79 idarəsinin işçiləri cəlb edilib. Onlayn formatda baş tutan bu təlimlərin əsas məqsədi işçilərin ixtisaslarının artırılması və ümumi kadr hazırlığının təmin edilməsindən ibarət olub.
Qeyd edək ki, təlim proqramı çərçivəsində iştirakçılara informasiya və kommunikasiya texnologiyaları istiqamətini əhatə edən İKT-nin əsasları, kibertəhlükəsizlik və başqa sahələr üzrə biliklər öyrədilib.

Tehsil-press.az

Oxşar xəbərlər