Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçiriləcək “Sistem inzibatçısı” üzrə təlimlərə müraciətlər qəbul olunur.
Təlimdə iştirak edənlər “Windows” platformalı serverlərin əməliyyat sistemlərinin qurulması və xidmətlərinin idarə olunması, proqram təminatlarının paylanması və yenilənməsini öyrənəcəklər. Təyin olunmuş serverlərin profillənməsi və monitorinqi, mərkəzi idarəetmə sisteminin, qrup strategiyasının qurulması, nasazlıqların aşkarlanması və aradan qaldırılması haqqında biliklər qazanacaqlar, nəzəri bilikləri tapşırıqlara tətbiq edəcəklər.
Təlimlər ənənəvi formatda (sinif otağı şəraitində) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində keçiriləcək. İştirak üçün əsas meyarlar:
- Bakı şəhərində yaşayan gənclər;
- Başlanğıc səviyyədə ingilis dili;
- İnformasiya texnologiyaları üzrə təhsil və ya iş təcrübəsi üstünlükdür.
Təlim 2 ay (60 saat) davam edəcək. Seçilmiş namizədlər üçün təlimdə iştirak ödənişsizdir. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.
Təlimdə iştirak üçün müraciətlər martın 30-dək qəbul olunur.
Tehsil-press.az