Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonəliyevə şiddətli töhmət verib.
Bu barədə məlumatı Qırğızıstanın “Knews” nəşri yayıb.
“Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonəliyevin “Sputnik Azərbaycan”ın mətbuat mərkəzində keçirdiyi konfransda “Qırğızıstan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə Rusiyadan ayrıca görüşməyi təklif edir” kimi mətbuatın istinad etdiyi açıqlaması həqiqətəuyğun deyil və təxribat xarakteri daşıyır”, - deyə Qırğızıstan Prezident Administrasiyasının məlumat siyasəti xidmətinin yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, ölkə Prezidenti mediada mərkəzlə razılaşdırılmayan bu cür təhrif olunmuş şərhlərə səbəb olan bəyanata görə Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonəliyevə şiddətli töhmət verib.
Qeyd edək ki, dekabrın 21-də “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonəliyevin 2022-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Tehsil-press.az