Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Menecment kafedrasının təşkilatçılığı ilə “Rəqəmsal transformasiya sahəsində idarəetmə problemləri və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib.
Tədbirdə Elektron Hökumətin İnkişafı Mərkəzinin Tərəfdaşlarla iş və kommunikasiyalar departamentinin müdir müavini Xəyalə Fətullayeva “Rəqəmsal dövrdə dövlət xidmətləri: çağırışlar və nailiyyətlər” mövzusunda çıxış edib. O, rəqəmsal hökumət sahələri, elektron hökumətin informasiya sistemi, Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilən layihələr və s. barədə ətraflı məlumat verib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının rəhbəri Ayxan Qədəşov “Rəqəmsal özünüməşğulluq imkanları” mövzusunda çıxışında e-ticarət, “freelancer” şəbəkələri, “Azexport.az” portalının fəaliyyəti və digər məsələlərə münasibətini bildirib.
Azərbaycan Beynəlxalq Bankının (ABB) Xarici tərəfdaşların cəlb edilməsi və maraqların idarə edilməsi üzrə mütəxəssisi Nərgiz Cavadova “Rəqəmsallaşma istiqamətində ABB İnnovasiya Mərkəzinin fəaliyyəti və rəqəmsallaşmanın biznesdə praktiki tətbiqi” mövzusunda çıxış edib. O, ABB İnnovasiya Mərkəzi, “ABB Tech Academy” və digər mövzulara aydınlıq gətirib.
“Rəqəmsal ödənişlərin ölkə iqtisadiyyatına təsiri” mövzusunda çıxış edən Mərkəzi Bankın Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsinin böyük mütəxəssisi Xəyaləddin Tağıyev rəqəmsal ödənişlər üzrə infrastruktur imkanları, yaradılan şərait və s. barədə məlumat verib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az