BDU-da tələbələr “AzerGold” QSC-nin yeni layihələri və proqramları barədə məlumatlandırılıb

BDU-da tələbələr “AzerGold” QSC-nin yeni layihələri və proqramları barədə məlumatlandırılıb Bakı Dövlət Universitetində (BDU) “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndələri ilə görüş olub. Görüşdə “AzerGold” QSC-nın insan resursları üzrə baş mütəxəssisi Valid Əliyev Geologiya fakültəsinin bakalavriat səviyyəsi üzrə III kurs və magistratura səviyyəsi üzrə I kurs tələbələrinə təlim keçib.
Əvvəlcə “AzerGold” QSC-nin fəaliyyəti barədə tələbələrə məlumat verilib. Sonra “AzerGold” QSC-də yeni layihələr, təqaüd və təcrübə proqramları və işə qəbul prosesindən bəhs olunub. Qeyd edilib ki, dayanıqlı və davamlı inkişaf perspektivlərinə malik olması QSC-nin uzunmüddətli işlə təmin edə biləcək işəgötürən kimi qiymətləndirilməsinə əsas verir. Şirkətdə mühəndislik, metallurgiya, geologiya, maliyyə və digər sahələrdə peşəkar karyera imkanları təklif edilir.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb. Fəal tələbələrə “AzerGold” QSC-nin hədiyyələri təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər