Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi ilə görüş olub.
Görüşdə ATMU-nun rektoru İlham Mədətov universitetin fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri haqqında məlumat verib, təhsil sahəsində mümkün əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə hər iki ölkənin turizm potensialı və turizm təhsili üzrə mümkün əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub. ATMU tələbələrinin Macarıstan Respublikasında fəaliyyət göstərən turizm və iaşə obyektlərində istehsalat təcrübələrinin təşkili universitet tərəfindən əsas əməkdaşlıq istiqaməti kimi müəyyənləşdirilib. Həmçinin Macarıstanda turizm ixtisası üzrə tədris aparan ali təhsil müəssisələri ilə ikili diplom istiqamətində beynəlxalq layihələrin təşkili məsələsi universitet tərəfindən təklif olunub.
İlham Mədətov və Viktor Szederkenyi mövcud əlaqələrin gücləndirilməsi istiqamətində kifayət qədər imkanların mövcudluğunu əsas tutaraq qarşıdakı illərdə, xüsusilə təhsil sahəsində iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyindən əminliklərini bildiriblər.
Görüşdə ATMU-nun tədris işləri üzrə prorektoru, professor Zaur Bağırov, rektor müşaviri Elvin Yusifli və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak ediblər.
Tehsil-press.az