UNEC-in rektoru futzal yarışının qalibləri ilə görüşüb

UNEC-in rektoru futzal yarışının qalibləri ilə görüşüb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Zəfər Günü münasibətilə keçirilən futzal yarışının qalibi olan komanda üzvləri ilə görüşüb.
Görüşdə Ə.Muradov komandanın üzvlərini və məşqçiləri qələbə münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Rektor bildirib ki, futzal yarışının Zəfər Gününə həsr olunması bu qələbənin mənəvi dəyərini daha da artırır. O, idman yarışlarının dünyanın aparıcı universitetlərinə qazandırdığı töhfələri diqqətə çatdırıb, UNEC-də bu istiqamətdə işlərin uğurla aparıldığını bildirib. UNEC-in tədris binalarındakı müasir standartlara cavab verən idman zallarında tələbələrin məşq etmələri üçün bütün şəraitin yaradıldığını deyib.
Sonra “İqtisadçı” idman klubunun müdiri Mahmud Mustafayev, məşqçilər Nazim Qaracayev, Rüfət Hüseynov və tələbələr yarışın yaddaqalan məqamlarından söz açıblar.
Sonda qaliblərə UNEC-in fəxri fərmanları təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər