“Analoq və rəqəm ölçmə qurğuları” kitabının təqdimatı keçirilib

“Analoq və rəqəm ölçmə qurğuları” kitabının təqdimatı keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin Cihaz mühəndisliyi kafedrasının müdiri dosent, texnika elmləri doktoru Lalə Bəkirovanın “Analoq və rəqəm ölçmə qurğuları” kitabının təqdimatı keçirilib.
Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova kitabın məzmunu və elektron sistemə salınaraq həm çap məhsulu kimi, həm də elektron formatda oxucuların istifadəsinə verilməsi haqqında məlumat verib.
Təqdimatda elmi işlər üzrə prorektor professor Lətafət Qardaşova, kitabın müəllifi Lalə Bəkirova, kafedranın müəllimi Rəhim Məmmədov və başqaları çıxış ediblər.
Qeyd edilib ki, kitabdan cihaz mühəndisliyi, kompüter mühəndisliyi, biotibbi texnologiya mühəndisliyi, informasiya texnologiyaları və digər ixtisaslar üzrə təhsil alan tələbələr, magistrantlar, doktorantlar, habelə müvafiq sahə üzrə mütəxəssislər istifadə edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər