“Şəhid övladlarına Yeni il sevinci yaşat!” layihəsi çərçivəsində 70-ə yaxın ailə ziyarət olunub

“Şəhid övladlarına Yeni il sevinci yaşat!” layihəsi çərçivəsində 70-ə yaxın ailə ziyarət olunub “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Hökumətlərarası Təqaüd Proqramları”nın məzunlarının təşəbbüsü və könüllü xeyriyyə dəstəyi, eyni zamanda, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin təşkilati dəstəyi ilə “Şəhid övladlarına Yeni il sevinci yaşat!” layihəsi həyata keçirilib.
Layihənin icrasında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Hökumətlərarası Təqaüd Proqramları”nın 100-ə yaxın tələbə və məzunu, eləcə də nazirliyin müvafiq struktur bölmə əməkdaşları yaxından iştirak ediblər.
Layihə çərçivəsində Gəncə, Mingəçevir, Bərdə və Tərtər üzrə məktəbli olan 130-a yaxın şəhid övladının arzu və istəkləri ilə bağlı sorğu aparılıb. Dekabrın 25-də isə həmin şəhər və rayonlara səfər təşkil edilib. Səfər zamanı məktəbli olan şəhid övladlarına hədiyyələr verilib.
Səfər çərçivəsində regional təhsil idarələrinin və məktəb direktorlarının köməyi ilə ümumilikdə 70-ə yaxın ailə, eləcə də həmin şəhər və rayonlarda olan Şəhidlər xiyabanları ziyarət edilib.

Tehsil-press.az



Oxşar xəbərlər