Təhsil nazirinin müavini Firudin Qurbanov İtaliyanın Ka' Foskari Venesiya Universitetinin rektoru Mikele Bulyeze ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ali təhsil sahəsində əməkdaşlığa toxunan F.Qurbanov Azərbaycan Dillər Universitetində italyan dilinin tərcüməsi ixtisasının öyrədildiyini qeyd edib. Diqqətə çatdırıb ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ali təhsil müəssisələri siyahısına İtaliyanın 13 ali təhsil müəssisəsi daxil edilib və ümumilikdə 48 Azərbaycan vətəndaşı İtaliyada təhsil almaq hüququ qazanıb.
Görüşdə Ka' Foskari Venesiya Universitetinin mütəxəssisləri tərəfindən Gəncə Dövlət Universitetinin xarici dillər fakültəsinin müəllimləri üçün ikihəftəlik intensiv italyan dili kurslarının təşkili yüksək qiymətləndirilib.
Rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verən Mikele Bulyeze bildirib ki, xarici dillər və iqtisadiyyat üzrə ixtisaslaşan Ka' Foskari Venesiya Universitetində 40-a yaxın xarici dil öyrədilir. Universitetdə “Azərbaycanın xarici siyasəti” fənni də tədris olunur.
M.Bulyeze yaxın gələcəkdə ali məktəbdə Azərbaycan dilinin tədrisinin bərpa olunacağını diqqətə çatdırıb. Qonaq 2018-ci ildə 35 Azərbaycan vətəndaşının Ka' Foskari Venesiya Universitetində təhsil almaq hüququ qazandığını deyib və ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlıq etməyə maraq göstərdiklərini vurğulayıb.

Mətbuat Xidməti