İlahiyyat İnstitutunda iş fəaliyyətində fərqlənən əməkdaşlara təşəkkürnamələr təqdim olunub

İlahiyyat İnstitutunda iş fəaliyyətində fərqlənən əməkdaşlara təşəkkürnamələr təqdim olunub Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) müəllim və əməkdaşların iştirakı ilə 2021-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilib.
İclasda rektor Aqil Şirinov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təhsil müəssisəsinin kollektivini təbrik edib, xoş arzularını bildirib.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün geniş şəkildə qeyd edilməsinin əhəmiyyətini vurğulayan rektor xalqımızın Vətən müharibəsində qazandığı Böyük Zəfərin milli birliyimizin, həmrəyliyimizin nəticəsi olduğunu deyib.
Vurğulanıb ki, şanlı Qələbəmiz Azərbaycan Prezidenti İlham Əliyevin güclü iradəsini, xalqımızın sarsılmaz əzmini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.
Sonra A.Şirinov il ərzində institutda görülən işlər və qarşıda duran hədəflərdən söhbət açıb. Rektor tələbələrin bilik səviyyələrinin artırılması, dünyagörüşlərinin zənginləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O, tələbələrin dini ibadət ocaqlarına ziyarətlərinin təşkil edildiyini söyləyib.
Sonra iş fəaliyyətində fərqlənən institut əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər