Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ilin yekunlarına həsr olunmuş iclas keçirilib.
Rektor Ceyhun Məmmədov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. O bildirib ki, ölkəmizdə elm və təhsilinin inkişafı, peşəkar kadrların hazırlanması vacib məsələlərdəndir. Dahi rəhbərimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin elm, təhsil və mədəniyyətimizin inkişafındakı misilsiz tarixi xidmətlərindən danışan rektor Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirib.
C.Məmmədov 2018-2019-cu tədris ilinin birinci yarımilinin yekunlarından bəhs edərkən deyib: “Beynəlxalq standartlara uyğun və dövlətin perspektiv tələbləri əsasında təhsilin səviyyəsini təmin etməyə çalışırıq və buna qismən nail olmuşuq”.
Rektor qeyd edib ki, savadlı gənclərin yetişdirilməsi hər bir ölkə üçün başlıca bir məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaq. Hər bir gəncin qarşısında ölkənin hərtərəfli uğurlu inkişafına öz töhfəsini vermək kimi müqəddəs vəzifə vardır. Gənc nəslin vətənpərvərlik, Vətənə sevgi ruhunda tərbiyə olunması xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. O bildirib ki, qarşıda duran başlıca vəzifə dövlətçiliyimizin möhkəmləndirilməsində amalı sarsılmaz olan gənc nəslin formalaşdırılmasına töhfələr verməkdir.
Sonda iş fəaliyyətində institutun fərqlənən əməkdaşlarına və tələbələrinə təşəkkürnamələr təqdim olunub.

Aİİ-nin Mətbuat Xidməti