İlahiyyat İnstitutunda nümunəvi davranışı ilə fərqlənən tələbələrə təşəkkürnamələr təqdim olunub

İlahiyyat İnstitutunda nümunəvi davranışı ilə fərqlənən tələbələrə təşəkkürnamələr təqdim olunub Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bu təhsil müəssisəsinin elmi, mədəni və ictimai həyatında fəal iştirak etdiyinə, yüksək göstərici və nümunəvi davranışı ilə fərqləndiyinə görə bir qrup tələbəyə təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Bu münasibətlə keçirilən mərasimdə Aİİ-nin rektoru Aqil Şirinov çıxış edib. Rektor tələbələri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Aqil Şirinov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Ordumuzun qazandığı Böyük Zəfərin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, ölkəmizin daha da inkişafı naminə gənclər daha çox çalışmalı, təhsildə daha yüksək nəticələr əldə etməlidirlər.
Rektor tələbələrə qış imtahan sessiyasında uğurlar arzulayıb və qeyd edib ki, onların biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması prioritet məsələdir.

Tehsil-press.az



Oxşar xəbərlər