İlahiyyat İnstitutunda Milli Qurtuluş Gününə həsr olunan videokonfrans təşkil edilib

İlahiyyat İnstitutunda Milli Qurtuluş Gününə həsr olunan videokonfrans təşkil edilib Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan videokonfrans keçirilib.
Rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyimizin qorunmasında misilsiz tarixi xidmətlərindən bəhs edib.
Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlamasının, inkişafının, ölkəmizdə sabitlik və həmrəyliyin təmin edilməsinin bilavasitə Ulu Öndərin xidmətləri ilə bağlı olduğunu vurğulayan rektor Aqil Şirinov dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıtmasının xalqımızın çoxəsrlik tarixinə taleyüklü hadisə kimi yazıldığını nəzərə çatdırıb.
Aİİ rəhbəri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında, milli-mənəvi dəyərlərin zənginləşdirilməsində, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında həyata keçirilən siyasət haqqında da məlumat verib.
Rektor qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin Prezident İlham Əliyevin layiqli şəkildə davam etdirməsi nəticəsində 44 günlük Vətən müharibəsində qələbə qazanmağımız mümkün oldu.
Videokonfransda çıxış edən Milli Məclisin deputatı, Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti dövründə hər zaman Azərbaycan xalqının maraqlarına, Azərbaycan dövlətinin inkişafına xidmət etdiyini deyib. Həmin dövrdə Azərbaycanın düşdüyü vəziyyəti, baş verən hadisələri, faktları xronoloji ardıcıllıqla xatırlayan tarixçi alim Musa Qasımlı ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə növbəti dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə dövlət quruculuğu prosesinin yeni nümunəsinin yarandığını vurğulayıb.
Videokonfrans tədbir iştirakçılarının və tələbələrin müzakirəsi ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər