Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) rəhbərliyin, müəllim və tələbə heyətinin iştirakı ilə ilin yekunlarına həsr olunan iclas keçirilib.
Rektor Ceyhun Məmmədov tədbir iştirakçılarını 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. O bildirib ki, ölkəmizdə elm və təhsilin inkişafı, peşəkar kadrların hazırlanması və potensialının gücləndirilməsi vacib məsələlərdəndir. Ulu öndər Heydər Əliyevin elm və təhsilimizin, mədəniyyətimizin inkişafındakı misilsiz tarixi xidmətlərindən bəhs edən rektor Ümummilli Liderin siyasi xəttini hazırda Prezident İlham Əliyevin əzmlə və böyük uzaqgörənliklə davam etdirdiyini bildirib.
Ceyhun Məmmədov 2019-2020-ci tədris ilinin birinci yarımilinin yekunlarından danışarkən bildirib: “Beynəlxalq standartlara uyğun və dövlətin perspektiv tələbləri əsasında təhsilin səviyyəsini təmin etməyə çalışırıq və düşünürəm ki, qismən buna nail olmuşuq”.
Rektor cari ildə keçirilən konfransların, seminarların, dəyirmi masaların, görüşlərin, təlimlərin əhəmiyyətini vurğulayaraq deyib ki, belə tədbirlər tələbələrimizin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Ceyhun Məmmədov, həmçinin institut kollektivinin uğurları, çap edilən kitablar, elmi əsərlər, qəzet və jurnallar haqqında söhbət açıb. Bildirib ki, cari il ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində 15-ə yaxın kitab nəşr olunub. Rektor gənclərin savadlı, geniş dünyagörüşə malik yetişməsinin qarşıda duran vacib məsələlərdən olduğunu vurğulayıb.
Aİİ-nin rəhbəri daha sonra qeyd edib ki, hər bir gəncin qarşısında ölkənin hərtərəfli uğurlu inkişafına öz töhfəsini vermək kimi müqəddəs vəzifə dayanır. O bildirib ki, dövlətçiliyimizin möhkəmləndirilməsində məqsəd və amalı sarsılmaz olan vətənpərvər, Vətənə sevgi ruhunda tərbiyə olunan gənc nəslin formalaşdırılmasına töhfələr verməkdir.
İclasın sonunda iş fəaliyyətində fərqlənən institut əməkdaşlarına və ali təhsil müəssisəsinin ictimai həyatında fəal olan tələbələrinə təşəkkürnamələr təqdim olunub.
Tehsil-press.az