31 Dekabr tarixi dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsində mühüm rol oynayıb

31 Dekabr tarixi dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsində mühüm rol oynayıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda YAP Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən, əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu tarix dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Baş direktor 30 ilə yaxın işğal altında olan torpaqların azad olunması ilə ərazi bötüvlüyünün bərpa edilməsində milli həmrəyliyimizin həlledici amil olduğunu söyləyib.
Tədbirdə İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova, Həmkarlar Təşkilatının sədri Elxan İsakov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar fikirlərini bölüşüblər.

Tehsil-press.az


Oxşar xəbərlər