BMT-nin ədalətli peyvəndləmə ilə bağlı qətnaməsini dəstəkləyirik

BMT-nin ədalətli peyvəndləmə ilə bağlı qətnaməsini dəstəkləyirik Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur.
Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin "Twitter"-dəki rəsmi hesabındakı paylaşımda deyilir.
"Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur və Qoşulmama Hərəkatının Sədri qismində dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvəndləməni təmin etmək üçün qlobal səylərdə aparıcı rolunu davam etdirəcək", - deyə paylaşımda qeyd olunur.

Tehsil-press.az


Oxşar xəbərlər