UTECA kollektivi aprel şəhidi ilə qürur duyur

UTECA kollektivi aprel şəhidi ilə qürur duyur Azərbaycan Texnologiya Universitetinin məzunu aprel şəhidi Rəşad Niftalıyev yad edilib. “Vətən sağ olsun!” devizi ilə yürüşə çıxan UTECA tələbələri Rəşad Niftalıyevin adının həkk edildiyi, universitetin həyətində ucaldılan şəhidlər abidəsinin önündə ehtiramla baş əyiblər, gül dəstələri düzüblər.
Təhsil aldığı İqtisadiyyat və idarəetmə fakültəsinin foyesində Rəşad Niftalıyevə ayrılan guşə ətrafına toplaşanlar şəhidlə bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, UTECA-da biznesin idarəedilməsi ixtisası üzrə təhsil aldığı 4 ildə Rəşad çalışqan, vətənpərvər, səmimi və fəal gənc kimi seçilib. Hər zaman ata yurdu Zəngilanın işğaldan azad edilməsində şəxsən iştirak etmək arzusunda olub.
2015-ci ildə təhsilini başa vurub hərbi xidmətə yollanan Rəşad Niftalıyev xidmətini biritməyə 3 ay qalmış şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
UTECA tələbələri 4 gün davam edən aprel döyüşlərinin şanlı zəfər yolunun başlanğıcı olduğunu, işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün hər zaman canlarından keçməyə hazır olduqlarını bildiriblər.

UTECA-nın Mətbuat Xidməti


UTECA kollektivi aprel şəhidi ilə qürur duyurUTECA kollektivi aprel şəhidi ilə qürur duyurUTECA kollektivi aprel şəhidi ilə qürur duyur

Oxşar xəbərlər