ABŞ-da yeniyetmələrə "Pfizer" peyvəndinin "buster" dozasının vurdurulmasına icazə verilib

ABŞ-da yeniyetmələrə ABŞ-da 12-15 yaş arası yeniyetmələr arasında "Pfizer" və "BioNTech" şirkətlərinin koronavirusa qarşı peyvəndinin əlavə ("buster") dozalarının kütləvi istifadəsinə icazə verilib.
bu barədə ABŞ-ın Qida və Dərmanları Keyfiyyəti məsələləri üzrə İdarəsi bildirib.
Qeyd olunub ki, İdarə "Pfizer" və "BioNTech" şirkətlərinin COVID-19-a qarşı peyvəndinin fövqəlladə hallarda istifadəsinə dair qərarına dəyişiklik edib.
Bildirilib ki, bu, "12-15 yaşda şəxslər də daxil olmaqla, bir "buster" dozanın daha geniş istifadəsini" nəzərdə tutur.
İdarə mütəxəssisləri, həmçinin "Pfizer" və "BioNTech" ilə ilkin peyvəndləmə ilə "buster" dozanın vurdurulması arasındakı müddəti ən azı beş aya qədər azaltmağa" icazə verib.

Tehsil-press.az

Oxşar xəbərlər