“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq

“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq Yanvarın 7-si saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.
Proqramın budəfəki qonağı dünya şöhrətli professor, tədqiqatçı, yazıçı, beynəlxalq bestseller müəllifi Filip Kotlerdir. Dünyada “Müasir marketinqin atası” kimi tanınan Filip Kotler ilə təhsildə brendləşmə barədə danışılacaq. Onun “Marketinqin idarə olunması” kitabı dünyada ən çox istifadə edilən marketinq dərsliyidir. Dünyanın 22-dən çox universitetinin fəxri adlarına layiq görülmüş Filip Kotler 80 kitabın, o cümlədən 150-dən çox elmi məqalənin müəllifidir.
Qeyd edək ki, proqram Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasının təşkilatçılığı ilə davam edir. Proqram Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Tehsil-press.az


Oxşar xəbərlər