Texniki Universitetdə imtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub

Texniki Universitetdə imtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub Azərbaycan Texniki Universitetində (AzTU) 2021/2022-ci tədris ili üzrə qış imtahan sessiyası başlanıb.
İmtahanlar şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə təşkil olunub. Şifahi imtahanların keçirilməsi üçün universitetdə 75 imtahan otağı ayrılıb. İmtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub. Test imtahanları isə kompüter zallarında təşkil edilib. Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq imtahanda iştirak edən bütün tələbələr tibbi maska və pandemiya əleyhinə qoruyucu vasitələrdən istifadə edirlər. Həmçinin imtahan zamanı tələbələr arasında sosial məsafənin qorunmasına riayət olunur.
İmtahanlar fevralın 2-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər