Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” elmi-publisistik jurnalının 5-ci buraxılışı çapdan çıxıb.
Nəşrdə peşəkar mütəxəssislərin, elm adamlarının, həmçinin Aİİ-nin tələbə və məzunlarının yazıları yer alıb.
Jurnalın budəfəki sayı “Rəsmi guşə” rubrikası ilə başlayır. Rubrikada “Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşada hərbçilər qarşısında çıxışı” və “Birinci vitse-prezident Mehriban Əliyevanın Zəfər Günü münasibətilə xalqa təbriki” başlıqlı yazılar yer alıb.
“Təhsil” rubrikasında Aİİ-nin rektoru Aqil Şirinovun “Dünyəvi dövlətdə din təhsili” sərlövhəli məqaləsi dərc edilib.
“Cəmiyyət və din” rubrikasında “Məhəmməd peyğəmbərin əxlaqı: bu gündən baxış”; “Qlobal mənəvi böhran və İslamın dözümlülük anlayışı”, “Kərbəla”, “Azad təfəkkürün hekayəsi: İbrahim peyğəmbər”, “Psixologiya” rubrikasında “Uşaqların dini təlim-tərbiyəsinin psixoloji aspektləri”, “Tədris” rubrikasında “Müasir müəllimin fəaliyyətində yaradıcılıq amili”, “XX əsrdə din və maarifçilik” sərlövhəli məqalələr verilib.
“Dəyərlərimiz” rubrikasında “Din – mənəvi dəyər kimi” başlıqlı məqalə yer alıb.
“Azərbaycan və ərəb dilləri üzrə tərcümə: nəzəriyyə, təcrübə və problemlər”, “Nizami Gəncəvi yaradıcılığı: Azərbaycandan dünyaya doğan Günəş” sərlövhəli yazılar “Ədəbiyyat və tərcümə” rubrikasında, Aİİ tələbələrinin “Quranda oruc ibadəti”, “Qədr gecəsi”, “Quranda təkəbbür haqqında”, “Mömin kimə deyilir” və s. başlıqlı məqalələri “Baxış bucağı” rubrikasında dərc olunub.
Jurnalın “Düşüncələr” rubrikasında “Mənim ana dilim, mənim can dilim” adlı məqalə yer alıb.
Tehsil-press.az