Şəhid Elmir Məmmədovun şəxsi əşyaları Tarix Muzeyinə təhvil verilib

Şəhid Elmir Məmmədovun şəxsi əşyaları Tarix Muzeyinə təhvil verilib Şəhid Elmir Məmmədova məxsus materiallar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna daxil edilib.
Elmir Məmmədov 1999-cu ildə Salyan rayonunda anadan olub. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb.
Vətən müharibəsində iştirak edən Elmir Məmmədov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igidlik və fədakarlıq nümunəsi göstərib, şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elmir Məmmədov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tehsil-press.az


Oxşar xəbərlər